Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırdı

Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırdı

Hazırda oxunan: Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırdı

161058

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Truth Social”dakı səhifəsində yazıb.

"Vaşinqton çirkli, cinayətlə dolu ölüm tələsinə çevrilib. O, indi dünyanın bəlkə də ən təhlükəli paytaxtıdır", - deyə Ağ Evin keçmiş sahibi bildirib.

Tramp prezident seçiləcəyi təqdirdə, şəhəri təmizləyəcəyini, təmir edəcəyini və yenidən quracağını vəd edib.

Bundan əvvəl eks-prezident Amerikanın hazırkı lideri Cozef Baydenin administrasiyasını miqrasiya siyasətinə görə tənqid edərək deyib ki, nəticədə ABŞ “zibilxanaya” çevrilib. Siyasətçi qeyd edib ki, Amerika şəhərləri evsiz insanlar, narkomanlar və zorakı cinayətkarlarla doludur.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Tramp 2022-ci ilin noyabrında prezidentlik uğrunda mübarizə aparacağını açıqlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO