Moskva administrasiyasının keçmiş əməkdaşı, Dağıstan əsilli rusiyalı iş adamı, sahibkar və investor Maqomed Musayev qlobal Forbes brendinin sahibi olan “Forbes Media Group” şirkətini alıb.
Bizim.Media xəbər verir ki, bunu Musayev həmkarlarından birinə deyib.
“Mən indicə qlobal Forbes-i aldım. Bu, dünyanın ən nüfuzlu brendinin açarıdır, bu açar mənə hər kəsə giriş imkanı verəcək”. “Washington Post” qəzeti onun dediklərindən sitat gətirib.
Hüquqi sənədlərə əsasən, sövdələşmə amerikalı Ostin Rasselin adına rəsmiləşdirilib. Bu sənədlərə görə, o, Forbes-in nəzarət səhm paketi üçün 800 milyon dollar ödəyib. Satıcı 2014-cü ildə Forbes ailəsindən Forbes Media-nı satın alan Honq Konq şirkəti Integrated Whale Media Investments (IWMI) olub.
Xatırladaq ki, 60 yaşlı Maqomed Musayev Ümumrusiya Sərgi Mərkəzinin keçmiş direktoru, 2018-ci ildə aldığı Rusiyanın Forbes franşizinin sahibidir.
Yeri gəlmişkən, o, Rusiya siyasətinin veteranı və Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun kürəkənidir.
Qeyd edək ki, maliyyə-iqtisadi jurnal olan Forbes 70 ölkədə nəşr olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:34 / 22.10.2023
Dağıstanlı iş adamı Forbes-i satın aldı
Hazırda oxunan: Dağıstanlı iş adamı Forbes-i satın aldı
Hazırda oxunan: Dağıstanlı iş adamı Forbes-i satın aldı
160967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.