İtaliyanın Baş naziri Ciorcia Meloni İsrailə səfər edib.
Bizim.Media xəbər verir ki, Ciorcia Meloni səfər çərçivəsində Tel-Əvivdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb.
Görüşdə Yaxın Şərqdə davam edən münaqişənin həlli yollarına dair fikir mübadiləsi aparılıb.
İtaliyanın Baş naziri İsrailə səfərindən əvvəl oktyabrın 21-də Misirdə keçirilən “Qahirə Sülh Sammiti”ndə iştirak edib. O, sammitin açılış sessiyasında çıxışı zamanı HƏMAS hərəkatının fəaliyyətinin birmənalı şəkildə pislənməsinin və münaqişənin həllinə koordinasiyalı diplomatik səylərlə dəstək verilməsinin zəruriliyini vurğulayıb. Həmçinin Qəzzada təcili humanitar ehtiyacların araşdırılmasının vacibliyini bildirib.
C.Meloni sammit çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Prezidenti Mahmud Abbas ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Misirlə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və İtaliyanın Fələstin xalqına dəstəyi ifadə olunub.
Bizim.Media