HƏMAS-ın yüksək vəzifəli qadın üzvü zərərsizləşdirildi

HƏMAS-ın yüksək vəzifəli qadın üzvü zərərsizləşdirildi

Hazırda oxunan: HƏMAS-ın yüksək vəzifəli qadın üzvü zərərsizləşdirildi

160539

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvü olan Cəmilə əl-Şantini zərərsizləşdirib.

Bizim.Media İsrail KİV-inə istinadən xəbər verir ki, 68 yaşlı siyasətçi HƏMAS-ın Siyasi Bürosunun ilk qadın üzvü, təşkilatın qadın qolunun qurucusu olub.

Qəzzada İslam Universitetində müəllim işləmiş Cəmilə əl-Şanti 2006-cı ildə HƏMAS-dan parlamentə deputat seçilib. Eyni zamanda 2021-ci ildə qadın məsələləri üzrə nazir təyin olunub.

O, İsrail hökumətinin vaxtilə zərərsizləşdirdiyi HƏMAS lideri Əbdül Əziz əl-Rantisinin həyat yoldaşıdır.
Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 4475 İsrail vətəndaşı yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən 8 nəfər azərbaycanəsillidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO