Nəhayət taxta çıxdı  - Fotolar

Nəhayət taxta çıxdı - Fotolar

Hazırda oxunan: Nəhayət taxta çıxdı - Fotolar

160451
Taylandın yeni kralı Maha Vajiralongkorn taxta çıxıb. 64 yaşlı şahzadə məclisdə keçirilən mərasimlə Chakri xanədanlığının 10-cu kralı olub. O, oktyabrda dünyasını dəyişən atası Bhumibol Adulyadejin yerinə keçib.xa0

Şahzadə atasının ölümündən sonra taxta çıxma prosesinin təxirə salınmasını tələb etməsi ölkədə müzakirələrə səbəb olmuşdu.

Kralın oğlu ilk dəfə 2009-cu ildə həyat yoldaşı ilə Münhenə səfəri zamanı imici ilə dünya mediasının manşetlərində yer almışdı. Beldən aşağı şalvar, top kofta və döymələri ilə sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olan Maha 3 dəfə evli olub və 7 uşaq atasıdır.

Bundan başqa, WikiLeaks 2011-ci ildə varisin səhhətinin ürəkaçan olmadığını, QİÇS-dən əziyyət çəkdiyini yazmışdı. WikiLeaks, eyni zamanda Mahanın psixi durumunun da qaydasında olmadığını iddia etmişdi.

“Life”x9d saytının yazdığına görə, onun haqqında yayılan şayiələrdən biri də narkotik istifadəçilərinin sevimli məkanı olan Pxanqan adasının sahibi olması ilə bağlıdır.(Qafqazinfo)
Nəhayət
Nəhayət
Nəhayət
Nəhayət
Nəhayət
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO