Rusiya nüvə sınaqları ilə bağlı müqavilənin ratifikasiyasını LƏĞV ETDİ

Rusiya nüvə sınaqları ilə bağlı müqavilənin ratifikasiyasını LƏĞV ETDİ

Hazırda oxunan: Rusiya nüvə sınaqları ilə bağlı müqavilənin ratifikasiyasını LƏĞV ETDİ

160419

Rusiya Dövlət Dumasının deputatları yekdilliklə birinci oxunuşda "Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında" müqavilənin ratifikasiyasını ləğv edən qanun layihəsini qəbul ediblər. 

Bizim.Media xəbər verir ki,  bu barədə informasiya "duma.gov.ru" saytında yer alıb.

Mənbə yazır ki, layihənin həmmüəllifləri Dövlət Dumasının sədri, fraksiya rəhbərləri və Dövlət Dumasının demək olar ki, bütün deputatları olub.

Ratifikasiyanın ləğvinin zəruriliyi ilə bağlı məsələni Rusiya prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunun iclasında qaldırıb.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bir müddət öncə qeyd edib ki, layihəyə oktyabrın 18-də və ya 19-da baxıla bilər.

“23 ildir ki, biz ABŞ-ın bu Müqaviləni ratifikasiya etməsini gözləyirik. Lakin özünün ikili standartlarına və qlobal təhlükəsizlik məsələlərinə məsuliyyətsiz münasibətinə görə Vaşinqton bunu etmədi”, - Vyaçeslav Volodin bildirib.

“Vaşinqton nəhayət başa düşməlidir ki, onların hegemonluğu yaxşı heç nəyə gətirib çıxarmır. Qarşılıqlı hörmət, ikili standartların olmaması, suveren dövlətlərin işlərinə qarışmamaq prinsipləri əsasında dialoqa ehtiyac var”, - deyə o vurğulayıb.
“Rusiya Federasiyası öz vətəndaşlarını qorumaq və qlobal strateji paritetin qorunub saxlanmasını təmin etmək üçün hər şeyi edəcək”, - deyə Vyaçeslav Volodin yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO