Putin Çinə getdi - VİDEO

Putin Çinə getdi - VİDEO

Hazırda oxunan: Putin Çinə getdi - VİDEO

160169

Vladimir Putin “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Pekinə gedib.

Bizim.Media xəbər verir ki, o, Çin lideri Si Cinpinin dəvəti ilə bu ölkəyə səfər edib. Rusiya lideri Pekində iki gün qalacaq.

O, il yarımda ilk dəfə bu ölkəyə təşrif buyurub. Bundan əvvəl  2022-ci ilin fevralında Qış Olimpiya Oyunlarının açılışında Çində olmuşdu.

Pekində Rusiyanın dövlət başçısı “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edəcək, həmçinin bu forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

“Bir kəmər, bir yol” konsepsiya 2013-cü ildə Çinin Sədri Si Cinpin tərəfindən çoxtərəfli ticarət və investisiya layihələrinin genişləndirilməsi üçün təklif edilib. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat ona qoşulub.

Üçüncü dəfə keçirilən forumun şüarı “Bir Kəmər və Yol Təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlıq: birgə inkişaf və tərəqqiyə doğru”dur.

Ümumilikdə, ilkin məlumatlara görə, forumda 23 ölkənin lideri iştirak edəcək.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO