Oktyabrın 16-da Qüdsdə ABŞ dövlət katibi Entoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu və ölkə prezidenti İshaq Hersoqla görüşüb.
Bizim.Media xəbır verir ki, Blinken ABŞ-ın İsrailə dəstəyini bir daha vurğulayıb.
“Görüş zamanı İsrailin HƏMAS terrorizmindən müdafiə hüququna ABŞ-ın dəstəyi və Vaşinqtonun İsrail hökumətini öz vətəndaşlarını qorumaq üçün lazım olan hər şeylə təmin edəcəyi daha təsdiqləndi”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, görüş zamanı həmçinin mülki əhaliyə humanitar yardımın göstərilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Blinken İsrailə qayıtmazdan əvvəl, oktyabrın 12-dən 16-a kimi ABŞ-ın dövlət katibi olduğu müddət tarixində Yaxın Şərqə ən geniş səfər turunu edib. Belə ki, o, 4 gün ərzində İsrail, İordaniya, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Misirə səfərlər təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:11 / 16.10.2023
Blinken: “ABŞ İsraili tam dəstəkləyir və ölkəyə humanitar yardım edəcək”
Hazırda oxunan: Blinken: “ABŞ İsraili tam dəstəkləyir və ölkəyə humanitar yardım edəcək”
Hazırda oxunan: Blinken: “ABŞ İsraili tam dəstəkləyir və ölkəyə humanitar yardım edəcək”
160131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.