Co Bayden sabah İsrailə gələcək

Hazırda oxunan: Co Bayden sabah İsrailə gələcək

160092

ABŞ Prezidenti Cozef Bayden sabah, oktyabrın 17-də İsrailə gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşü gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.

Xatırladaq ki, B.Netenyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO