“Hizbullah” İsrailin şimalını atəşə tutdu: 8 yaralı var

“Hizbullah” İsrailin şimalını atəşə tutdu: 8 yaralı var

Hazırda oxunan: “Hizbullah” İsrailin şimalını atəşə tutdu: 8 yaralı var

159973

Livan “Hizbullah”ının İsrailin şimalını raket atəşinə tutması sonucunda 8 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə yəhudi dövlətinin “Haaretz” qəzeti yazıb.

Nəşrin məlumatına görə, zərərçəkmişlərdən iki nəfərin vəziyyəti ağırdır. Onlar qəlpə yaraları alıblar. Bir nəfərin vəziyyəti isə orta ağırdır. Qalan beş nəfər yüngül xəsarətlər alıblar. Zərərçəkmişlərin hamısı xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha öncə İsrail Müdafiə Ordusu Livanın cənubuna faktiki olaraq nəzarət edən “Hizbullah” partiyasının hərbi qanadının ölkənin şimalını atəşə tutduğunu və bununla əlaqədar cavab tədbirlərinin görüldüyünü açıqlamışdı.
Qeyd edək ki, Livan hökuməti 2000-ci ildən ölkənin cənubunu İran dəstəkli “Hizbullah”a həvalə edib. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, 2000-ci ilin mayında İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasından sonra Beyrut ölkənin sözügedən ərazisinə nəzarəti almalı olsa da, lakin bu baş verməyib. Livan hökuməti gizli şəkildə “Hizbullah”a Livanın cənubuna tam nəzarət etmək imkanı verib.

“Hizbullah” bir sıra Qərb ölkələrində terror təşkilatı kimi tanınır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO