Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə fondun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvadakı “Bizim evimiz” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində (ATDM) olublar.
Bizim.Media xəbər verir ki, uşaq evinin direktoru Vadim Menşov çoxillik dostluq və dəstəyə görə Heydər Əliyev Fonduna və şəxsən fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.
O deyib: “Biz Azərbaycanı çox sevirik, uşaqlarımıza göstərdiyi qayğıya görə Leyla Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Leyla Əliyeva tez-tez bizim uşaq evini ziyarət edir, onun gəlişi uşaqlar üçün həmişə bayrama çevrilir”.
Təşkilatın rəhbəri qeyd edib ki, “Bizim evimiz” mərkəzinin kollektivi və yetirmələri dəfələrlə Azərbaycanda olublar.
“Bizim 1 saylı Bakı uşaq evindən olan həmkarlarımız və uşaqlar ilə çox gözəl münasibətlərimiz var. Artıq bir ailə olmuşuq, hər gün əlaqə saxlayırıq və yenidən görüşəcəyimizi arzu edirik. İnanırıq ki, sərhədlər tezliklə açılacaq və biz yenidən Azərbaycana səfər etmək imkanı əldə edəcəyik”, - deyə o bildirib.
Heydər Əliyev Fondunun nümayəndələri Moskva və Bakı uşaq evlərindən olan uşaqların pandemiyaya qədər qarşılıqlı səfərlərindən danışıb, tezliklə görüşəcəklərinə ümidvar olduqlarını bildiriblər.
Xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqlara kitablar, oyuncaqlar və şirniyyatlar təqdim edib, onları hədiyyələrlə sevindiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 27.03.2021
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi - FOTO
Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi - FOTO
Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi - FOTO
15995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.