Azərbaycan Antalyada ən çox şirkət yaradan 4-cü ölkə oldu

Azərbaycan Antalyada ən çox şirkət yaradan 4-cü ölkə oldu

Hazırda oxunan: Azərbaycan Antalyada ən çox şirkət yaradan 4-cü ölkə oldu

159891

Azərbaycan Türkiyənin Antalya vilayətində müştərək şirkətlər quran ilk dördlükdə yer alıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.

Mənbə yazır ki, Antalyada bu ilin 9 aylıq dövründə xarici tərəfdaşlarla 666 şirkət fəaliyyətə başlayıb. Ən çox şirkət quran əcnəbilər ruslar olub.

Antalya Ticarət və Sənaye Palatasında (ATSO) qeydiyyatdan keçmiş xarici tərəfdaşları olan şirkətlərin sayı da artıb. Qeyd edilir ki, keçən il 5 min 695 olan xarici kapitallı şirkətlərin sayı bu ilin 9 ayında 6 min 108-ə çatıb.

Antalya Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Əli Bahar bildirib ki, Palatada 35 min aktiv şirkət qeydiyyatdan keçib, onlardan 6 min 108-i xarici tərəfdaşlarla müştərək şirkətlərdir.

O, ötən illə müqayisədə xarici tərəfdaşlı şirkətlərin sayının artdığına diqqət çəkib: “Xarici ortaqlı şirkətlərin ən çox qurulduğu vilayətlərdən birinə çevrilmişik və İstanbuldan sonra ikinci yerdəyik. Rusiya siyahıda 1 224 şirkətlə birinci yerdədir. Siyahıda bu ölkəni Almaniya (751), İran (676) və Azərbaycan (302) izləyir. Ukrayna 270 şirkətlə 5-ci yerdədir”.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO