Türkiyədə azərbaycanlılar qəzaya uğradı - 4 ölü, 3 yaralı var

Türkiyədə azərbaycanlılar qəzaya uğradı - 4 ölü, 3 yaralı var

Hazırda oxunan: Türkiyədə azərbaycanlılar qəzaya uğradı - 4 ölü, 3 yaralı var

159887

Türkiyənin İsparta şəhərinin Şarkikaraağaç rayonunda azərbaycanlıların olduğu avtomobil qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NTV telekanalı yayıb.

Mənbə qeyd edir ki, minik və pikap tipli avtomobillərinin toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Ölənlər - avtomobillərdən birinin sürücüsü Bayram Ali E., sərnişin Kadir E. və 8 yaşlı Z.C-dir. Onlar aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Qəza zamanı pikapın sürücüsü M.D, avtomobildə olan Azərbaycan vətəndaşları Semira R., Zilan K. və Mustafa Əli E. xəsarət alıblar.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırlıblar. Həkimlərin səyinə baxmayaraq, Semira R.-nın həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alanlardan Mustafa Əlinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin başvermə səbəbi açqlanmır. 

Hadisə yerinə təcili yardım və jandarm cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO