HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbəri ÖLDÜRÜLDÜ - VİDEO

HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbəri ÖLDÜRÜLDÜ - VİDEO

Hazırda oxunan: HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbəri ÖLDÜRÜLDÜ - VİDEO

159773

İsrailin Müdafiə Ordusu Qəzzada HƏMAS qruplaşmasının rəhbərlərindən biri olan Murad Əbu Muradı məhv edib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbəri idi. 

Belə ki, İsrail ordusuna məxsus döyüş təyyarələri bu gecə (cümə) Qəzza zolağının hər yerində döyüş meydanlarında olan onlarla hərbi hədəfə və terror təşkilatı HƏMAS-ın əməliyyatçılarına geniş hücum dalğasında eyni vaxtda hücum edib.
Nəcəbə qüvvələri ötən şənbə günü ətraf yaşayış məntəqələrinə soxulan əsas qüvvələr olub. Murad Əbu Muradın məhz bu bombardman zamanı öldürüldüyü bildirilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO