İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın yeraltı tunel şəbəkəsinin hədəfə alındığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus deyib.
Onun sözlərinə görə, HƏMAS 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra illər ərzində yeraltı tunellər qazıb.
Yaraqlılar tunellərdən yüklərin daşınması və İsrailə qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə ediblər.
“İsrail Hərbi Hava Qüvvələri Qəzzanın bir çox hissələrinə zərbələr endirirlər. Biz ilk növbədə HƏMAS-ın yuxarı eşelonlarında təmsil olunan komandirlərə və təşkilatın liderlərinə zərbə vururuq”, - əlavə edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
- A-
- A
- A+
Dünya
10:12 / 12.10.2023
İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır - VİDEO
Hazırda oxunan: İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır - VİDEO
Hazırda oxunan: İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır - VİDEO
159492
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.