Son illər İsrail və İran donanmaları arasında dəniz mübarizəsi fəallaşıb.
Bizim.Media “The New York Times” qəzetinə istinadla xəbər verir ki, hər iki ölkə bir-birinin gəmilərinə hücumlar təşkil edib:
MÖVZU İLƏ BAĞLI:
İrandan İsrail gəmisinə raket zərbəsi... - TƏFƏRRÜAT
''İsrail və İran uzun illərdir ki, Orta Şərqdə, əsasən də quruda və havada gizli müharibə aparırdılar. Hazırda isə mübarizə sularda baş verir''.
Nəşrdə qeyd edilib ki, İsrail 2019-cu ildən bəri Aralıq dənizinin şərqində və Qırmızı dənizdə İran nefti və silahı daşıyan gəmilərə hücum edir.
“İran da səssiz qalmır. Diqqəti cəlb etmədən gizli hücumlarla cavab verir. İranın cavabının miqyası bəlli deyil. Hücumların çoxu gizli və ictimaiyyətə elan edilmədən həyata keçirilir”, - məqalədə qeyd edilir.
Nəşr hər iki tərəfin əsasən dəniz minalarından istifadə etdiyini də yazır.
Qeyd edək ki, iki gün öncə də İran Ərəbistan dənizində İsrailə məxsus konteyner daşıyan yük gəmisinə raket zərbəsi endirmişdi.
Bizim.Media