YENİ MÜHARİBƏ OCAĞI: Zelenskidən Donbasda ölən 4 hərbçi ilə bağlı açıqlama

YENİ MÜHARİBƏ OCAĞI: Zelenskidən Donbasda ölən 4 hərbçi ilə bağlı açıqlama

Hazırda oxunan: YENİ MÜHARİBƏ OCAĞI: Zelenskidən Donbasda ölən 4 hərbçi ilə bağlı açıqlama

15940

Ukrayna prezidenti Vladimir Zelenski Normandiya liderlərindən Donbasdakı itkilərlə bağlı kömək istəyib.

Bizim.Media xəbər verir ki, məlumatı “korrespondent.net” saytı Zelenskiyə istinadən yayıb.

Dövlət başçısı bu haqda “Twitter”də yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kreml Donbas və Qarabağın hesabına ərazilərini genişləndirmək istəyir? – Rusiyanın siyasi partiyasından İDDİA... 


O, liderləri Donbasda separatçılar tərəfindən daim pozulan atəşkəsin qorunması üçün mümkün olan hər şeyi etməyə çağırıb:

"Müharibənin dəyəri cəsarətli və məğlub olmayan xalqımızın həyatıdır. Bu gün yenidən Ukraynanın dörd müdafiəçisini itirdik. Səmimi başsağlığı verirəm. Bütün Normandiya dördlüyünü və onun tərəfdaşlarını atəşkəs rejiminin tam qorunması üçün əllərindən gələni etməyə çağırıram".

 

"Mənim göstərişimə əsasən, Ukrayna Baş Qərargah rəisi işin bütün şərtlərini hərtərəfli aydınlaşdırmaq üçün dərhal hadisə yerinə uçub. Zamanla Normandiya dördlüyünün bütün liderləri ilə danışıqlar aparacağam" deyə Zelenski “Telegram”a əlavə edib.


Prezident ilin əvvəlindən Donbasda qeydə alınan eskalasiyanı da xatırladıb.

Onun sözlərinə görə, razılaşmaların həyata keçirilməsində və Ukraynanın şərqindəki vəziyyətin nizamlanmasında irəliləyiş atəş və partlayış səsləri ilə mümkün deyil:

“Donbasda hərtərəfli və sabit bir sükut hökm sürməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO