Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskyanın Krımdakı mənzili satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Mənbə qeyd edir ki, sahəsi 119,5 kvadratmetr olan mənzil açıq hərrac yolu ilə satılacaq.
2019-cu ildə Reuters yazmışdı ki, 2013-cü ilin aprelində, Krım hələ Ukraynanın tərkibində olarkən, Zelenskinin arvadı Yelena ukraynalı iş adamı və Ali Radanın keçmiş deputatı Aleksandr Buryakdan Qara dəniz sahilindəki Livadiya qəsəbəsindəki “İmperator” yaşayış kompleksində mənzil alıb. Zelenskinin qərargahı satınalmanı təsdiqləyib. Daha sonra Krım Dövlət Qeydiyyat Komitəsi Zelenskayanın bu mənzilə olan hüquqlarını tanıdıqlarını bəyan edib.
Keçən aprel ayında Krımın Dövlət Şurası Rusiya Dövlət Dumasına “dost olmayan dövlətlərin” əmlakının təzminat ödəmədən müsadirə edilməsini təklif edən qanun layihəsi təqdim edib (Rusiya hakimiyyəti Ukraynanı belə tanıyıb). Prezident yanında Qanunvericiliyin Kodifikasiyası Şurası Konstitusiyaya zidd olan bu təşəbbüsü dəstəkləməyib.
Payızda Krım parlamenti “Krım Respublikasının əmlakının idarə edilməsi məsələləri haqqında” qətnaməyə dəyişiklik edərək, Rusiyaya, onun hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin əmlakının respublikanın mülkiyyəti kimi tanınmasına səs verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:50 / 11.10.2023
Zelenskinin həyat yoldaşının Krımdakı mənzili satışa çıxarıldı
Hazırda oxunan: Zelenskinin həyat yoldaşının Krımdakı mənzili satışa çıxarıldı
Hazırda oxunan: Zelenskinin həyat yoldaşının Krımdakı mənzili satışa çıxarıldı
159332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.