Corc Dik: “Bu, müharibədir və İsrailin tarixində ilk deyil”

Corc Dik: “Bu, müharibədir və İsrailin tarixində ilk deyil”

Hazırda oxunan: Corc Dik: “Bu, müharibədir və İsrailin tarixində ilk deyil”

159083

““Həmas” bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır. Bu, onların nizamnaməsində yazılıb. Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir”.  

Bizim.Media xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik son günlər bu ölkədə baş verən hadisələrlə bağlı mətbuata açıqlamasında deyib.

Səfir qeyd edib ki, bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir:

“Biz bunun bir daha baş verməyəcəyinə əmin olacağıq. 

İsrail ordusu “Həmas”ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq:

Biz “Həmas” təhlükəsini aradan qaldıracağıq. Bu, müharibədir.

Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk müharibə olmayacaq. 

Əvvəllər də hücuma məruz qalırdıq, sayca az idik, qəfil yaxalanırdıq. Biz Yom Kippur müharibəsinin 50 illiyini qeyd etdik, o müharibənin ki, ərəb dünyasının orduları İsraili işğal etmək istəyirdi. Sonda İsrail ordusu Qahirə və Dəməşqin qapılarında idi. 

Bu dəfə də Yaxın Şərq reallığını dəyişəcəyik”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO