İsraildəki hərbi toqquşmalarda ölən və yaralılar arasında azərbaycanlılar da var

İsraildəki hərbi toqquşmalarda ölən və yaralılar arasında azərbaycanlılar da var

Hazırda oxunan: İsraildəki hərbi toqquşmalarda ölən və yaralılar arasında azərbaycanlılar da var

159080

İsrailin Sderot şəhərində “Həmas” hücumları nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar da var. 

Bizim.Media xəvər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Azərbaycan Evinin İsraildəki nümayəndəsi, Akko şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Nehemiya Şirin-Mikaeli məlumat verib. 

Qeyd edilib ki, Fələstinin “Həmas” hərəkatının hərbi qanadı oktyabrın 7-də İsrailə qarşı “Əl-Əqsa” tufanı əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında  “Həmas”a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladığını elan edib.  
İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatda olan zabitlərin  geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO