İsrail və Livan sərhədində vəziyyət indi sakit görünür.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
“ABŞ prezidenti Co Bayden ilk andan bildirdi ki, heç kim vəziyyətdən istifadə etməməlidir. Bunun səbəblərindən biri də bu münaqişədə, Livandakı Hizbullahla ikinci cəbhənin yaranmasının qarşısını almaq idi.
Livandan İsrailə məhdud raket hücumlarını gördük, israillilər də dərhal cavab verirdilər və görünür, hər şey hələlik dayanıb. Hazırda vəziyyət sakitdir, lakin biz bunu çox diqqətlə izləyirik”, - deyə o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:24 / 08.10.2023
İsrail-Livan sərhədində vəziyyət sakitləşib - Blinken
Hazırda oxunan: İsrail-Livan sərhədində vəziyyət sakitləşib - Blinken
Hazırda oxunan: İsrail-Livan sərhədində vəziyyət sakitləşib - Blinken
158905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.