İsraildə ölənlər arasında Ukrayna vətəndaşları da var

İsraildə ölənlər arasında Ukrayna vətəndaşları da var

Hazırda oxunan: İsraildə ölənlər arasında Ukrayna vətəndaşları da var

158887

İsraildə baş verən döyüşlər nəticəsində iki Ukrayna vətəndaşı həlak olub.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib.

"İsraildə iki ukraynalı qadının ölümü ilə bağlı məlumatı təsdiqləmişik. Hər iki vətəndaş ölkədə uzun müddət yaşayıb”, - deyə o qeyd edib.

Ukrayna XİN digər məlumatları dəqiqləşdirmək üçün “qaynar xətt” yaradıb.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb. Ölkədə “müharibə vəziyyəti” elan edilib və “Dəmir Qılınclar” əməliyyatına başlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO