İki kişi tərəfindən zorlanan qadın zinaya görə həbs edildi

İki kişi tərəfindən zorlanan qadın zinaya görə həbs edildi

Hazırda oxunan: İki kişi tərəfindən zorlanan qadın zinaya görə həbs edildi

158872
Dubayda iki həmyerlisi tərəfindən zorlanan britaniyalı turist qadın zina etdiyinə görə həbs olunub. İndi 25 yaşlı qadını uzunmüddətli həbsxana həyatı gözləyir.xa0

Moderator.az Lenta.ru-ya istinadən xəbər verir ki, adı açıqlanmayan qadına qarşı oktyabr ayında təcavüz edilib. O bu barədə Dubay polisinə məlumat verib. Polis isə qadını özünü həbs edərək, onu nikahsız cinsi əlaqədə olmaqda ittiham edib.xa0

Sonradan britaniyalı turist girov müqabilində azadlığa buraxılıb, lakin ona BƏƏ-ni tərk etmək qadağan olunub. Bundan əlavə o vəkil xidmətinə görə 30 min dollar ödəməlidir. İlkin məlumata əsasən, britaniyalı qadının əri də var, lakin onlar bir yerdə yaşamırlar.xa0

Qadına hücum edənlər isə heç bir çətinlik çəkmədən evlərinə, İngiltərənin Birminqem şəhərinə qayıdıblar.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO