İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın hücumuna görə qisas alınacağını bildirib.
Bizim.Media CNN Türk-ə istinadən xəbər verir ki, Baş nazir "Onları məhv edəcəyik və İsrail dövləti və vətəndaşlarına yaşatdıqları bu qara günün qisasını alacağıq" deyib.
MÖVZU İLƏ BAĞLI:
Netanyahu: “Şəhərlərə soxulan silahlı radikallar məhv edilib” - VİDEO
O, HƏMAS-ın israilliləri öldürmək istədiyini ifadə edib:
“HƏMAS hamımızı öldürmək istəyir. Uşaqlar, analar evlərində, çarpayılarında öldürülüb. Qocaları, uşaqları, gənc qadınları qaçırıblar. Bunlar vətəndaşlarımızı, o cümlədən bayram şənliyi üçün gəzməyə çıxan uşaqları qətlə yetirən düşməndir.
Baş verənlər İsraildə indiyə kimi görünməmiş hadisədir və mən bunun bir daha baş verməməsi üçün əlimdən gələni edəcəyəm. Bu qərarın arxasında bütün hökumət dayanır.
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz onları məhv edəcəyik və İsrail dövlətinə və onun vətəndaşlarına yaşatdıqları bu qara günə görə güclü intiqam alacağıq”.
Bizim.Media