Rusiya ordusu Xersonu atəşə tutdu: 11 yaralı var 

Rusiya ordusu Xersonu atəşə tutdu: 11 yaralı var 

Hazırda oxunan: Rusiya ordusu Xersonu atəşə tutdu: 11 yaralı var 

158849

Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərini yaşayış məhəllələrini atəşə tutması nəticəsində bir körpə olmaqla 11 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xerson Vilayət Dövlət Administrasiyası Telegramda məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında Xersonun yaşayış məhəllələri dəfələrlə işğalçılar tərəfindən atəşə tutulub. Evlərə, avtomobillərə, qazpaylayıcı şəbəkələrə ziyan dəyib.

Bəzi mərmilər partlamayıb, onlar daha sonra xilasedicilər tərəfindən zərərsizləşdirilib. 9 aylıq körpə daxil olmaqla 11 nəfər yaralanıb.

Yaralılar arasında Qızıl Xaç Cəmiyyətinin 33 yaşlı həkimi də var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO