Oktyabrın 8-də polis və İsrail Müdafiə Qüvvələrinin əsgərləri Həmas silahlıları tərəfindən ələ keçirilən Sderot polis idarəsinə nəzarəti bərpa ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Cənub rayon polis idarəsinin nümayəndəsi CNN-ə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Netanyahu: “Şəhərlərə soxulan silahlı radikallar məhv edilib” - VİDEO
O, qeyd edib ki, polis və əsgərlər səhər saatlarından “terrorçuları zərərsizləşdirmək üçün işləyirlər”.
Telekanal polisdən sitat gətirib: "Bir müddət əvvəl polis idarəsinin üzərində tam nəzarət əldə edildi".
"Təhlükəsizlik qüvvələrinə "hər hansı bir vasitə ilə atəş açmaq" əmri aldıqdan sonra 10-a yaxın silahlı terrorçu zərərsizləşdirilib", - polisin sözçüsü bildirib.
Qeyd olunur ki, Sderot sakinləri üçün evdə qalmalarını tələb edən təlimat hələ də ləğv edilməyib.
Bizim.Media