“Həmas”ın hücumları nəticəsində İsrailin verdiyi itkilər açıqlandı - YENİLƏNİB 

“Həmas”ın hücumları nəticəsində İsrailin verdiyi itkilər açıqlandı - YENİLƏNİB 

Hazırda oxunan: “Həmas”ın hücumları nəticəsində İsrailin verdiyi itkilər açıqlandı - YENİLƏNİB 

158738

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir.

12.41

“Həmas”ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb. 

Bizim.Media “The Times of Israel”ə istinadən xəbər verir ki, “Həmas” təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir. 

Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır. 

Xatırladaq ki, bu gün gecə saatlarından başlayaraq Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib.  

Eyni zamanda, “Həmas” silahlıları İsrail ərazisinə daxil olaraq, bir sıra hərbi və infrastruktur obyektlərinə hücum ediblər. İsrail Ordusunun xeyli sayda hərbçisinin həyatını itirdiyi və əsir alındığı ilə bağlı xəbərlər yayılıb.
İsrail Müdafiə Qüvvələri cavab tədbiri olaraq, Qəzza zolağında “Dəmir qılınclar” ("Iron Swords") adı altında hərbi əməliyyatlara başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO