İsrail Qəzza zolağında “Dəmir qılınclar” əməliyyatına BAŞLADI  

İsrail Qəzza zolağında “Dəmir qılınclar” əməliyyatına BAŞLADI  

Hazırda oxunan: İsrail Qəzza zolağında “Dəmir qılınclar” əməliyyatına BAŞLADI  

158735

“Həmas İsrailə qarşı müharibə elan edib”. 

Bizim.Media “Jerusalem Post”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib. 

Nazir bildirib ki, bu gün Qəzza zolağından İsrail ərazisinə başlayan genişmiqyaslı raket hücumlarına cavab olaraq ölkəsinin Silahlı Qüvvələri döyüş əməliyyatlarına başlayıb. 

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına əsasən, ordu Qəzza zolağında “Dəmir qılınclar” ("Iron Swords") adı altında hərbi əməliyyatlara başlayıb. 
Xatırladaq ki, bu gün gecə saatlarından başlayaraq Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib. İsraildə mülki şəxslər arasında ölən və yaralananların olduğu bildirilir.  

Eyni zamanda, “Həmas” silahlıları İsrail ərazisinə daxil olaraq, bir sıra hərbi və infrastruktur obyektlərinə hücum ediblər. İsrail Ordusunun xeyli sayda hərbçisinin həyatını itirdiyi və əsir alındığı ilə bağlı xəbərlər yayılıb. Hücumlar başlayandan sonra İsrail ordusu müdafiə hazırlığı vəziyyətinə gətirilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO