Balıqdan zəhərlənən qadının əlləri və qolları AMPUTASİYA OLUNDU  

Balıqdan zəhərlənən qadının əlləri və qolları AMPUTASİYA OLUNDU  

Hazırda oxunan: Balıqdan zəhərlənən qadının əlləri və qolları AMPUTASİYA OLUNDU  

158611

40 yaşlı Laura Barajas evdə bişirilmiş balıq yedikdən sonra halı pisləşib.  

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, testlərdə Lauranın balıqdan ölümcül bakteriyaya tutulduğu aşkarlanıb.  

Gənc qadının sağ qalması üçün bədəninin 4 üzvü kəsilib. Qeyd edək ki, Laura Barajas üç uşağı ilə Kaliforniyanın San-Xose şəhərində yaşayır. Gənc qadın iyul ayında yerli bazardan balıq alıb. Balığı az bişirən Laura onu yedikdən az sonra xəstələnib və xəstəxanaya aparılıb.  
Məlumata görə, Lauranın istehlak etdiyi balıqda az bişmiş dəniz məhsullarında rast gəlinən aqressiv bakteriya Vibrio vulnificus aşkar edilib. Bu növ bakteriya xalq arasında “ət yeyən” kimi də tanınır.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO