Yataq böcəkləri həftələrdir ki, fransızların kabusuna çevrilib. Paris Olimpiadasına bir ildən az vaxt qaldığı bir müddətdə ölkə bu həşəratlarla mübarizə aparır. İndi Fransada evlərdən tutmuş, ictimai nəqliyyata qədər, demək olar ki, hər yerdə bu böcəkləri görmək mümkündür.
Bizim.Media xəbər verir ki, görüntülər sosial mediada yayıldıqdan sonra, ölkə gündəmini zəbt edən məsələ ilə bağlı hökumət tədbir görməyə başlayıb.
Paytaxt Parisdə kinoteatrlardan sonra metroda ortaya çıxan böcək problemi şəhər sakinlərinin əsl “kabusuna” çevrilib.
Qeyd edək ki, Fransa böcək problemilə tez-tez qarşılaşır və məsələnin həlli istiqamətində hər il 230 milyon avrodan çox vəsait xərclənilir. Hazırda hər 10 ailədən 1-i bu problemlə üz-üzədir.
Ekspertlərin sözlərinə görə, 1950-ci illərdə Fransada yoxa çıxan yataq böcəkləri, 1990-cı illərdə artan beynəlxalq səyahətlər səbəbindən yenidən Parisdə peyda olub. Onlar sürətlə çoxalır və müxtəlif vasitələrlə yayılırlar. Buna görə də, təcili tədbirlər görülməsi zəruridir. Hələlik isə, problemlə mübarizə aparmaq üçün vətəndaşlara mixəkdən istifadə tövsiyə edilir.
- A-
- A
- A+
Dünya
14:40 / 05.10.2023
Parisi böcəklər BASDI – VİDEO
Hazırda oxunan: Parisi böcəklər BASDI – VİDEO
Hazırda oxunan: Parisi böcəklər BASDI – VİDEO
158466
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.