Rusiyada yaşayan məşhur erməni biznesmen, “Monarx” şirkətlər qrupunun baş direktoru Sergey Ambartsumyan Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb.
Bizim.Media Ermənistan mətbuatına istinadən məlumat verir ki, bir vaxtlar Sergey Ambartsumyan Paşinyana çox ciddi dəstək verib. İndi isə o, Ermənistanın baş nazirinə hakimiyyətin Rusiyanın etibar etdiyi təcrübəli bir şəxsə ötürülməsinə çağırış edib.
İş adamı qeyd edib ki, 2018-ci ildə erməni xalqı daha ədalətli, perspektivli dünyada yaşayacaqlarına inandıqları üçün əvvəlki hakimiyyətə qarşı çıxaraq Paşinyana etimad göstəriblər:
"Bu vəziyyətdə yeganə düzgün qərar hakimiyyəti qısa müddət ərzində bu böhranı aşacaq və Rusiya tərəfindən mütləq güvənilən bir şəxsə ötürməkdir”.
Erməni mətbuatı yazır ki, Ambartsumyan ad açıqlamasa da, əslində hakimiyyətin ikinci prezident Robert Koçaryana ötürülməsinə işarə edib.
Bizim.Media