Vaşinqton İrəvanın Qarabağla bağlı iddialarını təsdiqləmədi:

Vaşinqton İrəvanın Qarabağla bağlı iddialarını təsdiqləmədi: "Sübutlara söykənməlidir"

Hazırda oxunan: Vaşinqton İrəvanın Qarabağla bağlı iddialarını təsdiqləmədi: "Sübutlara söykənməlidir"

158073

"Biz regiondakı vəziyyəti öyrənmək üçün təmasdayıq. Əgər hər hansı vəhşilik törədilərsə və bununla bağlı sübutlar olarsa ona uyğun addımlar atmaqdan və bunu törədənlərin məsuliyyətə cəlb olunmasından çəkinməyəcəyik".

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib.

O bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil:

“Lakin, həmişə olduğu kimi, soyqırımı və etnik təmizləmə məsələlərində nəticə çıxarmaq sübutlara söykənən dolğun proses tələb edir. Hazırda bununla bağlı hər hansı nəticəyə vara bilməyəcəyəm”.



ABŞ Dövlət Departamentinin sözçüsü həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Eyni zamanda, sözçü xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO