Malayziyanın nüfuzlu qəzetlərindən və internet xəbər portallarından olan “Astro Awani”də “Etnik təmizlik” yalanının arxasındakı gerçək” sərlövhəli məqaləsi yayımlanıb.
Bizim.Media xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanovun müəllifi olduğu məqalədə 44 günlük Vətən müharibəsi, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi cavab xarakterli bütün tədbirlərin, xüsusilə də 19-20 sentyabr tarixli lokal xarakterli antiterror tədbirlərinin beynəlxalq hüquq baxımından sülhə məcburetmə tədbirləri kimi qiymətləndirilməli olduğu vurğulanıb.
Sözügedən hər bir tədbirdən sonra beynəlxalq hüququn tələblərinə bir addım daha yaxınlaşıldığı, 19-20 sentyabr tarixli lokal xarakterli antiterror tədbirlərinin 3 ildir Azərbaycanın təkrarladığı xəbərdarlıqların nəticəsi olduğu, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə görüşlərin regionda sülhün təsisi istiqamətində mühüm bir addım olduğu, Azərbaycanın sülh və dialoq təşəbbüslərinə baxmayaraq bəzi Qərb hökumətlərinin təlimatları istiqamətində mediada “etnik təmizlik” yalanı uydurulduğu diqqətə çatdırılıb.
Bütün bunların əsl səbəbləri əsaslı şəkildə izah edilib.
Məqlədə qeyd olunur ki, region ilə heç bir əlaqəsi olmayan xarici qüvvələr region problemlərini təsir vasitəsi kimi istifadə etdiklərinə görə problemin həllində maraqlı deyillər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:20 / 27.09.2023
Malayziya nəşrləri antiterror tədbirlərindən yazdı
Hazırda oxunan: Malayziya nəşrləri antiterror tədbirlərindən yazdı
Hazırda oxunan: Malayziya nəşrləri antiterror tədbirlərindən yazdı
157139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.