Fransa Türkiyəni təhlükəsizlik və miqrasiya sahəsində Avropanın əhəmiyyətli bir ortağı hesab edir və Türkiyə rəhbərliyindən münasibətləri normallaşdırmaq siqnallarını görür.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron France 5 telekanalına verdiyi müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Makron: “NATO mövcud olmayan təşkilatdır”
"Avropa Birliyi sülh istəyirsə, vahid təhlükəsizlik arxitekturası yaratmalı və bunun üçün uzun müddət Rusiya və Türkiyə ilə dialoq qurmalıdır, çünki bunlar böyük güclərdir. Türkiyənin Avropa dairəsindən çıxmasına imkan verməməliyik”, - deyə o, qeyd edib.
Dövlət başçısı Türkiyənin NATO müttəfiqi olduğunu, ancaq "ittifaqdakı yeri məsələsinə aydınlıq gətirməyin vacibliyini" söyləyib.
"Ümumiyyətlə müttəfiqlər qarşılıqlı münasibətlərdə Türkiyənin etdiklərinin çoxu ilə razılaşmırlar". Makron rəsmi Ankaranın Liviyaya hərbçi göndərməsini və Şərqi Aralıq dənizindəki davranışlarını misal gətirib.
Eyni zamanda, Fransa lideri Ankaraya qarşı həddən artıq sərt mövqe tutmamaq barədə xəbərdarlıq edib, çünki gələcəkdə bu ölkə bizdən uzaqlaşa bilər:
“Bu isə miqrasiya böhranını daha da dərinləşdirər”.
Bizim.Media