Netanyahunun partiyası parlament seçkilərində qalib oldu - “Exit poll”

Netanyahunun partiyası parlament seçkilərində qalib oldu - “Exit poll”

Hazırda oxunan: Netanyahunun partiyası parlament seçkilərində qalib oldu - “Exit poll”

15675

İsrailin baş naziri Binyamin Netanyahunun rəhbəri olduğu "Likud" Partiyası ölkədə çərşənbə axşamı Knessetə (parlament) keçirilmiş seçkilərdə qalib gəlib və 120 yerdən 31-ni əldə edə bilər.

Bizim.Media xəbər verir ki, bunu ölkənin “Kan” dövlət radiostansiyası tərəfindən keçirilmiş “exit poll”un nəticələri göstərir.

 

MÖVZU İLƏ BAĞLI:

Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə səfərini təxirə saldı – SƏBƏB NƏDİR?


Nəticələr seçki məntəqələrinin yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 00:00) bağlanmasından sonra açıqlanıb.

Qeyd edilir ki, seçkilərin nəticələrindən sonra parlamentdə ikinci yeri 18 deputat mandatI ilə müxalifətçi Yair Lapidin “Eş Atid” partiyası tuta bilər.

Sorğunun nəticələrinə görə, 3-cü yerdə 9 mandatla ŞAS partiyası qərarlaşıb. Bu partiyalarla bağlı analoji məlumatları "12-ci telekanal" da təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO