ABŞ Prezidentinin oğluna qarşı cinayət işi başlandı

ABŞ Prezidentinin oğluna qarşı cinayət işi başlandı

Hazırda oxunan: ABŞ Prezidentinin oğluna qarşı cinayət işi başlandı

155738

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Baydenə qarşı qanunsuz silah alveri ilə əlaqədar olaraq 3 ittiham irəli sürülüb.

Bizim.Media ABŞ-ın “Breitbart” saytına istinadən xəbər verir ki, prokuror David Vayss Prezidentin oğlunu qanunsuz silah almaqda, silah alarkən yalan informasiya verməkdə və qanunsuz silah daşımaqda ittiham edir. 

Delaver ştatının məhkəməsində Hanter Baydenə qarşı həm də vergidən yayınmaq ittihamı irəli sürülüb.

Məhkəmə qarşısına çıxan Prezidentin oğlu sübutların mövcudluğuna baxmayaraq, qanunsuz silah alması və daşıması epizodu üzrə özünü təqsirli bilməyib. Lakin o, vergindən yayındığını etiraf edib. Hələlik məhkəmə onun həbsi barədə qərar qəbul etməyib.

ABŞ-ın bir sıra mətbu orqanları yazır ki, Prezidentin oğlu olması Hanter Baydenin məsuliyyətdən yayınmasına imkan yaradacaq. 

Qeyd olunur ki, ağır ittihamlara və sübutlara baxmayaraq, məhkəmə Hanter Baydenlə olduqca yumşaq davranır. 
Ehtimal edilir ki, Prezidentin oğlu törətdiyi cinayətlərə görə atasının köməyi ilə məsuliyyətdən yayınacaq. Lakin məhkəmə araşdırması zamanı təqdim olunan sübutlar nəzərə alınsa, o zaman Hanter Bayden azadlıqdan məhrum edilməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO