İtaliyanın başı dərddə: 11 min qeyri-qanuni miqrant gəlib

İtaliyanın başı dərddə: 11 min qeyri-qanuni miqrant gəlib

Hazırda oxunan: İtaliyanın başı dərddə: 11 min qeyri-qanuni miqrant gəlib

155670

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen İtaliyanın Baş naziri Ciorcia Meloninin dəvətilə Lampeduza adasındakı miqrant düşərgəsinə baş çəkib.

Bizim.Media xəbər verir ki, Ursula Fon der Lyayen ötən həftə rekord sayda mühacirin gəldiyi İtaliyanın cənubundakı adada vəziyyətin ürəkaçan olmadığını, Avropa İttifaqının lazımi dəstəyi göstərəcəyini deyib.

Onun sözlərinə görə, Aİ İtaliyaya bu məqsədlə 10 bənddən ibarət fəaliyyət planı təqdim edib. Ciorcia Meloni isə qanunsuz mühacir axınlarının dayandırılmasının vacibliyini, ciddi həll yollarına ehtiyac olduğunu və BMT-nin prosesdə daha fəal iştirakının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, həftə ərzində Lampeduza adasına təxminən 11 min qeyri-qanuni miqrant gəlib. Mühacirlərin yarıdan çoxu İtaliyanın digər şəhərlərinə təxliyə edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO