F-16 pilotlarının hazırlanması prosesi sürətlənib - Ukrayna HHQ

F-16 pilotlarının hazırlanması prosesi sürətlənib - Ukrayna HHQ

Hazırda oxunan: F-16 pilotlarının hazırlanması prosesi sürətlənib - Ukrayna HHQ

155662

Ukraynalı pilotların F-16 qırıcılarında təlim prosesi geniş vüsət alıb və ciddi irəliləyiş əldə edilib.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

“Harada, hansı ölkədə, neçə pilot və neçə təyyarə ilə bağlı çoxlu sual verilir. Təəssüf ki, biz indi bu suallara ətraflı cavab verə bilmirik”, - deyə İqnat bildirib.

“Yalnız sizi əmin edə bilərəm ki, proses həqiqətən çox ciddi şəkildə irəliləyib. Pilotlar təhsil alır və təlim keçirlər”, - deyə o, vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO