Almaniyalı nazir BMT Təhlükəsizlik Şurasını tənqid etdi

Almaniyalı nazir BMT Təhlükəsizlik Şurasını tənqid etdi

Hazırda oxunan: Almaniyalı nazir BMT Təhlükəsizlik Şurasını tənqid etdi

155630

Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT-də əsaslı islahatların aparılmasının zəruri olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

XİN başçısının fikrincə, təşkilat daha ədalətli, əhatəli və səlahiyyətlərə malik olmalıdır.

“XX əsrin dünyasını hələ də təmsil edən BMT Təhlükəsizlik Şurası artıq uyğun deyil”, - o qeyd edib.

Onun sözlərinə görə, BMT XXI əsrin reallıqlarına uyğunlaşarsa, təşkilat “dünya birliyinin problemləri birgə həll edəcəyi” məkana çevrilə bilər. 

Diplomat vurğulayıb ki, Almaniya, həmçinin Braziliya, Hindistan və Yaponiya ilə birlikdə Təhlükəsizlik Şurasının islahatının tərəfdarıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO