Ərdoğandan İRAD: “İsveç NATO-ya üzv olmaq üçün Türkiyəyə verdiyi vədləri yerinə yetirməyib”

Ərdoğandan İRAD: “İsveç NATO-ya üzv olmaq üçün Türkiyəyə verdiyi vədləri yerinə yetirməyib”

Hazırda oxunan: Ərdoğandan İRAD: “İsveç NATO-ya üzv olmaq üçün Türkiyəyə verdiyi vədləri yerinə yetirməyib”

155505

“İsveç NATO-ya üzv olmaq üçün Türkiyəyə verdiyi vədləri hələ də yerinə yetirməyib. Qanunları və ya konstitusiyaya düzəlişləri praktikada həyata keçirmək lazımdır. Əgər İsveçdə terrorçular polisin himayəsi altında aksiyalar keçirməyə davam edirlərsə, bu, hakimiyyət orqanlarının öz vəzifələrinə əməl etməməsi deməkdir”.  

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka səfəri öncəsi İstanbulda keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Stokholm küçələrində terror aksiyaları davam edir, bu isə o deməkdir ki, Ankaraya verilən vədlər yerinə yetirilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO