“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb.
Bizim.Media xəbər verir ki, daşıyıcı raket sentyabrın 15-də ABŞ-nin Sakit okean sahilləri vaxtı ilə saat 23:38-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.
Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 108-ci, cari ildə isə 29-cu qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,1 mindən çox peyk buraxıb. Onların 4,7 mini işlək vəziyyətdədir.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır.
Şirkətin qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:56 / 16.09.2023
“SpaceX” 22 “Starlink” peykini orbitə ÇIXARDI
Hazırda oxunan: “SpaceX” 22 “Starlink” peykini orbitə ÇIXARDI
Hazırda oxunan: “SpaceX” 22 “Starlink” peykini orbitə ÇIXARDI
155464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.