Kreml: ABŞ-ın sanksiya istəkləri bu gün də artır

Kreml: ABŞ-ın sanksiya istəkləri bu gün də artır

Hazırda oxunan: Kreml: ABŞ-ın sanksiya istəkləri bu gün də artır

15541

Rusiya liderinin sözçüsü Dmitri Peskov Rusiyanın Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) çıxarılmasının mümkünlüyünə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “russian.rt.com” saytı yayıb.

"Potensial təhdidlərin heç birini istisna edə bilmərik. Siz görürsünüz ki, bizim opponentlərimizin, xüsusən də ABŞ-ın sanksiya istəkləri bu gün də artır", deyə Peskov qeyd edib.

O, "bu hərəkətlərin əsassız və gözlənilməz olduğunu" bildirib.

"Əlbəttə ki, bu vəziyyət bizi həyəcan vəziyyətində saxlamağa məcbur edir". Putinin sözçüsü əlavə edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrov sanksiya risklərini azaltmaqla hesablaşmaların milli və ya dollara alternativ valyutalara keçməyin vacibliyini bildirmişdi.

2020-ci ilin avqust ayında Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev demişdi ki, ABŞ SWIFT bank ödəmə sistemindən Rusiyanı çıxarmaq fikri haqda düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO