Ukraynanın keçmiş rəhbərləri Rusiyaya görə mühakimə OLUNACAQLAR 

Ukraynanın keçmiş rəhbərləri Rusiyaya görə mühakimə OLUNACAQLAR 

Hazırda oxunan: Ukraynanın keçmiş rəhbərləri Rusiyaya görə mühakimə OLUNACAQLAR 

155352

Ukrayna “Xarkov sazişləri”nin imzalanmasına görə ölkənin keçmiş rəhbərlərini mühakimə edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 

Söhbət Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və sabiq baş nazir Nikolay Azarovdan gedir.

Yanukoviç Rusiya Qara Dəniz Donanmasının Krımda qalma müddətinin 25 il uzadılmasına dair saziş imzalamaqda, Azarov isə bu müqavilənin təsdiqinə göstəriş verməkdə ittiham olunur. 

Ukraynanın Baş Prokurorluğu belə qənaətə gəlib ki, dövlətin keçmiş rəhbərləri Ukrayna ərazisində rus qoşunlarının mövcudluğunun artırılması və son nəticədə işğal üçün ilkin şərait yaradıb və onları dövlətə xəyanətdə ittiham edir. 
Bildirilib ki, onlar qiyabi mühakimə olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO