1941-45-də itkin düşən babalarınızı tapa biləcəksiniz – Rusiya araşdırma aparır

1941-45-də itkin düşən babalarınızı tapa biləcəksiniz – Rusiya araşdırma aparır

Hazırda oxunan: 1941-45-də itkin düşən babalarınızı tapa biləcəksiniz – Rusiya araşdırma aparır

15517

Böyük vətən müharibəsində həlak olanların kimlikləri DNT testi ilə müəyyən ediləcək.

Bizim.Media “russian.rt.com” istinadən  xəbər verir ki, Rusiyanın Araşdırma Komitəsi, nasistlərin Böyük Vətən Müharibəsi dövründəki hərəkətlərini araşdırarkən, ölən Sovet vətəndaşlarının DNT-sini təsbit edəcəklər. 

Bu barədə Araşdırma komitəsinin rəhbəri Aleksander Bastrıkin məlumat verib. O, bildirib ki, SSRİ xalqlarına qarşı soyqırım faktlarını araşdırmaq üçün müxtəlif ekspert imkanlarından istifadə ediləcək.

Onun sözlərinə görə, hazırda tapılan insan qalıqlarının cinsini və yaşını və ölüm səbəbini müəyyənləşdirməyə imkan verən bir sıra məhkəmə tibbi ekspertizaları aparılır.

Bastrıkin həmçinin DNT müayinələrinin istintaqı maraqlandıran bir çox sualı cavablandırmağa kömək edəcəyini də vurğulayıb. 

Bundan başqa İstintaq komitəsinin sədri müstəntiqlərin o günlərin canlı şahidləri olan həbs düşərgəsi məhbusları ilə də əlaqə qurduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın İstintaq Komitəsi nasistlərin mülki əhaliyə qarşı vəhşiliklərinə dair cinayət işlərini birləşdirərək - “SSRİ xalqlarının soyqırımı” kimi dünyaya tanıdacaqlarına qərar veriblər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO