Rusiya dollardan imtina edə bilər – Lavrov təklif verib, Çinlə danışığa gedir

Rusiya dollardan imtina edə bilər – Lavrov təklif verib, Çinlə danışığa gedir

Hazırda oxunan: Rusiya dollardan imtina edə bilər – Lavrov təklif verib, Çinlə danışığa gedir

15511

Dollara alternativ dünya valyutalarından istifadə etməklə Rusiyaya qarşı tətbiq olunmuş sanksiya risklərini azaltmaq mümkündür.

Bizim.Media İnterfaks agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu fikirlərlə çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Aİ postsovet dövlətlərinin daxili işlərinə qarışmamaq barədə Rusiya ilə razılığa gəlməlidir" - Lavrov


O, belə bir təklifini Çinə və Koreyaya səfəri öncəsi səsləndirib:

"Siz görürsünüz ki, ABŞ həm Rusiya Federasiyasının, həm də Çin Xalq Respublikasının texnoloji inkişaf imkanlarını məhdudlaşdırmaq üçün öz proqramını elan edir. Buna görə də biz öz texnoloji müstəqilliyimizi gücləndirməklə, milli valyutalarda və dollara alternativ dünya valyutalarında hesablaşmalara keçməklə sanksiya risklərini azaltmalıyıq".

Rusiya naziri həmçinin "Qərbin nəzarət etdiyi beynəlxalq ödəniş sistemlərindən istifadə etməkdən uzaqlaşmağa" çağırıb.

O izah edib ki, həyat Rusiya və Çini "iqtisadi və sosial inkişafda öz xəttini Qərb tərəfdaşlarımızın nümayiş etdirdiklərindən asılı olmayacaq şəkildə qurmağa" məcbur edir.

Qeyd edək ki, Lavrov martın 22-də Çinə, ardınca isə Koreya Xalq Respublikasına səfər edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO