Çin Podolyaka görə Kiyevdən izahat tələb etdi - VİDEO

Çin Podolyaka görə Kiyevdən izahat tələb etdi - VİDEO

Hazırda oxunan: Çin Podolyaka görə Kiyevdən izahat tələb etdi - VİDEO

154961

Çin Xarici İşlər Nazirliyi Kiyevdən Podolyakın qalmaqallı açıqlamaları ilə bağlı izahat tələb edib. Söhbət Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın ukraynalı jurnalist Natalya Vlaşçenkoya müsahibəsində səsləndirdiyi "Çin və Hindistan zəif intellektual potensiala malikdir"  fikirlərindən gedir.

Bizim.Media xəbər verir ki, mövzuya Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq münasibət bildirib.

"O (Mixail Podolyak) izahat verməlidir" deyə Mao Ninq brifinqdə Çinin müvafiq bəyanata münasibəti ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

Onun sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib. Diplomat həmçinin Ukraynaya xatırladıb ki, Çin Kiyev və Rusiya Federasiyası arasında münaqişədə məsuliyyətli mövqe tutur. 

Ninq Podolyakı "düzgün münasibət" bildirməyə çağırıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO