"KXDR Rusiya prezidenti Vladimir Putinin bütün qərarlarını dəstəkləyir".
Bizim.Media xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda deyib.
"Biz həmişə prezident Putinin bütün qərarlarını, eləcə də Rusiya hökumətinin qərarlarını dəstəkləmişik və dəstəkləyirik", - o vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə danışıqlara başlayıb.
Bizim.Media