Avropa Komissiyası Moskvaya qarşı sanksiyalar siyahısını genişləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte LRT radiosuna müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Britaniya və ABŞ Rusiyanın 11 vətəndaşını “qara siyahı”ya SALDI
Nazir bildirib ki, sanksiyalara müvafiq olaraq, Litvanın gömrük orqanları ölkəyə daxil olan Rusiya qeydiyyatlı avtomobilləri müsadirə edəcək.
Onun sözlərinə görə, sürücünün vətəndaşlığından asılı olmayaraq, sərhədi keçən Rusiya qeydiyyatlı bütün avtomobillər tranzitlə Kalininqrada getdiyi barədə sənəd olmayacağı təqdirdə müsadirə ediləcək.
Qeyd edilib ki, qərar Belarusda qeydiyyatdan keçən avtomobillərə şamil olunmayacaq.
Bizim.Media