Bir neçə gün öncə baş verən zəlzələdə qurbanların sayı isə durmadan artır. Yaşayış binaları ilə yanaşı tarixin də məhv olduğu ölkədə isə hökumət xarici ölkələrin yardımından imtina edib.
Bizim.Media xəbər verir ki, Mərakeşdə son yüzilliyin ən dağıdıcı zəlzələsinin qurbanlarının sayı artır.
Təbii fəlakət nəticəsində ölənlərin sayı artıq 3 minə yaxınlaşıb. 2 min 500 nəfərdən çox olan yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Zəlzələ təkcə yaşayış binalarını deyil, bir sıra mədəni-tarixi, dəyərli obyektlərə də zərər vurub. Mərakeşlilərin qürur yeri olan 12-ci əsrin tarixi abidəsi demək olar ki, tamamilə dağılıb. Dağıntılar altında qalan insanların axtarış-xilasetmə işləri isə fasiləsiz davam etdirilir. Hələ də bir çox məntəqələrə real köməyin çatmadığı bildirilir.
Ölkənin baş naziri zəlzələ qurbanlarına təzminat ödəyəcəyini vəd edib. Belə fəlakətlərin fonunda Mərakeş hökumətinin xarici ölkələrdən təklif edilən humanitar yardımlardan imtina etməsi suallar doğurur.
Qeyd edək ki, Mərakeş cəmi 4 ölkənin humanitar yardımını qəbul etməyə hazır olduğunu bildirib. Fransanın və ABŞ-nın yardım müraciətlərinə isə rədd cavabı verib. Mərakeş rəsmiləri bunu humanitar yardımların koordinasiyasının çətinlikləri ilə izah edib.
- A-
- A
- A+
Dünya
16:53 / 12.09.2023
Mərakeşdə XİLASETMƏ İŞLƏRİ – Hər dəqiqə uğrunda gedən yarış – VİDEO
Hazırda oxunan: Mərakeşdə XİLASETMƏ İŞLƏRİ – Hər dəqiqə uğrunda gedən yarış – VİDEO
Hazırda oxunan: Mərakeşdə XİLASETMƏ İŞLƏRİ – Hər dəqiqə uğrunda gedən yarış – VİDEO
154835
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.