Mamontlar, nəsli kəsilmiş heyvanlar geri qayıdacaq- ABŞ yeni sistem tətbiq edir

Mamontlar, nəsli kəsilmiş heyvanlar geri qayıdacaq- ABŞ yeni sistem tətbiq edir

Hazırda oxunan: Mamontlar, nəsli kəsilmiş heyvanlar geri qayıdacaq- ABŞ yeni sistem tətbiq edir

154580
Bir çox fantastik film və romanlarda, nəsli kəsilmiş dinozavrların Yerə qayıtması və bəşəriyyət üçün böyük təhlükə törətməsi ilə bağlı müxtəlif hekayələr var.
 
Sfera.az xəbər verir ki, ABŞ-da yerləşən "Colossal Biosciences" şirkətinin yeni iddiası bu elmi fantastik xəyaldan çox da uzaq deyil.
Şirkət, üzərində çalışdıqları biotexnologiyadan istifadə edərək, nəsli tükənmiş xəz mamontlarını Arktik tundraya geri qaytara biləcəklərini irəli sürüb. 
Harvard Universiteti ilə maliyyə işbirliyi quran Colossal Bioscience biotexnologiya firması, zədələnmiş ekosistemləri təmir etmək və iqlim dəyişikliyinin təsirlərini yavaşlatmaq, hətta dayandırmaq üçün nəsli kəsilmiş heyvanları geri gətirə biləcəklərini deyiblər. 
 
"Colossal Bioscience" şirkətinin baş icraçı direktoru (CEO) Ben Lamm indiyədək heç vaxt istifadə etdikləri texnologiyanın tətbiq edilmədiyini bildirib.
 
İnci
Sfera.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO